Yevlaxda yol qəzasında qayınata və gəlin ölüb

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 12-də saat 14:00 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndində olub.

Qəza nəticəsində qayınata və gəlin ölüb.

"VAZ 2106", "VAZ 2107" və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından APA-ya bildirilib ki, hadisə yerinə çağrılan həkim birqadası qəzada xəsarət alan bir nəfəri, “Mitsubishi” markalı maşının sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.

V. Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top