Azərbaycan kuboku uğrunda 19 komanda mübarizə aparacaq

Azərbaycan kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. "Yeniavaz.az"ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, püşkatma oktyabrın 6-da saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Bu il Azərbaycan kuboku uğrunda 19 komanda yarışacaq.

Premyer Liqa klubları “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, həmçinin I divizion təmsilçilərindən “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail” kubokda qüvvəsini sınayacaq. “Energetik”, “Mil-Muğan” və “Göyəzən” isə bu dəfə yarışa qatılmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top