Bu gün ABŞ-ın yeni dövlət katibinin adı açıqlanacaq

Bu gün, Bakı vaxtı ilə günün ikinci yarısında ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin növbəti dövlət katibinin adını açıqlayacaq. Bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb. “Növbəti dövlət katibinə dair açıqlamanı sabah verəcəm”, D.Tramp yazıb.

Qeyd edək ki, ötən gün “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən dövlət katibi postuna “ExxonMobil” neft korporasiyasının rəhbəri Reks Tillersonun təyin ediləcəyi barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top