Britaniyada neonasit təşkilatın fəaliyyətinə qadağa qoyulur

Britaniyadakı "Mili Hərəkat" ("National Action") neonasit təşkilatının deputat Co Koksun öldürülməsini dəstəkləməsi ölkənin ali dairələrində etirazlara səbəb olub. "Yeniavaz.com"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, neonasist qurumun Koksun öldürülməsini dəstəkləməsini nəzərə alaraq Böyük Britaniyanın Daxili işlər naziri Amber Radd onun fəaliyyətinin qadağan ediləcəyini bəyan edib. Amber Redd: "Mən ölkədə yaşayan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsini hər şeydən yüksək tuturam. Ona görə də "National Action" qurumunun fəaliyyətinin qadağan edilməsi barədə müvafiq tədbirlər həyata keçirilməsi üçün göstəriş vermişəm Bu o deməkdir ki, adı çəkilən qurumun üzvlüyünə çağırış və onun dəstəklənməsi cinayət hesab ediləcək",-deyib. Nazir bununla bağlı müvafiq qərarı təsdiq edilmək üçün parlamentə təqdim edib. Parlement tərəfindən bu qərarın dekabrın 16-da təsdiq ediləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top