Rusiya Türkiyəyə dizel yanacağı tədarük edəcək

“Petrocas Energy group” şirkəti (“Rosneft”-ə daxildir) və “Total Oil Türkiye A. S.” şirkəti (“Demiroren Group Companies”-ə daxildir) dizel yanacağının Türkiyəyə tədarükü üzrə müqavilə bağlayıblar. “Yeniavaz.com”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sənəd bu ilin oktyabrında İstanbulda keçirilmiş Ümumdünya Enerji Konqresi çərçivəsində şirkətlər arasında bağlanmış neft məhsullarının tədarükünün əsas şərtləri haqqında sazişin davamı olaraq imzalanıb. Müqavilə “Rosneft” Neft Emalı Zavodunda istehsal edilmiş 550 min tonadək dizelin hər il tədarükünü nəzərdə tutur. İlk tədarük 2017-ci ilin yanvarında həyata keçiriləcək. “Demiroren” əldə edilmiş resursu Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəkəsini təmin etmək üçün istifadə etməyi planlaşdırır. “Demiroren Group” Türkiyədə “Total”, “Moil” və “Milangaz” brendləri ilə 1,1 min yanacaqdoldurma məntəqəsinə sahibdir.

DİGƏR XƏBƏRLƏR

Top