“Ağ ev və kəşfiyyat arasında qarşıdurma perspektivi var”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) açıq şəkildə tənqid etdikdən sonra Ağ ev və xüsusi xidmət orqanları arasında qarşıdurma başlaya bilər. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu MKİ-nin keçmiş əməkdaşı Pol Piller deyib. Onun sözlərinə görə, MKİ-nin keçmiş əməkdaşları prezident və kəşfiyyat arasında mübarizənin başlama riskini görürlər: “Bu qarşıdurma perspektivi realdır”. Kəşfiyyatın digər yüksəkvəzifəli əməkdaşı isə qeyd edib ki, keçmiş həmkarları elektron yazışmada Trampın komandası haqqında ona tənqidi yazmamasını xahiş ediblər. Onlar elektron kommunikasiyaların nəzarət edilməsindən ehtiyat edirlər. Trampla kəşfiyyat idarələri arasında gərginlik sentyabrda yeni seçilmiş prezidentin seçkiqabağı kampaniyaların birində xüsusi xidmət orqanlarının Barak Obamanın administrasiyası ilə “bədbəxt idilər” deməsindən sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top