Avropanın bank sektorunda "zəlzələ"...

Hollandiyanın ən böyük bankı olan ING bankı minlərlə işçisini işdən çıxaracaq. "Yeniavaz.az" Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyanın ən böyük 2-ci bankı olan "Commerzbank"ın 9 min 700 işçisini işdən çıxaracağı ilə bağlı açıqlamasından sonra ING-nin bu açıqlaması Avropanın bank sektorundakı ciddi problemlərdən xəbər verir.

İNG-dən verilən açıqlamada bildirilir ki, minlərlə işçini işdən çıxarmaqla bank il ərzində 900 milyon avroya qənaət edəcək.

Qeyd edək ki, İNG bankın bütün dünyada 52 min işçisi var. Bunların 14 min 800 nəfəri Hollandiyada, 8 min nəfəri Belçikada, 3 min 800 nəfəri isə Almaniyada işləyir.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top