Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada ukraynalı jurnalisti casusluqda ittiham edərtək saxlayıb. “Yeniavaz”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, FTX Ukraynanın “Ukrinform”informasiya agentliyinin əməkdaşı Roman Suşenkonun Ukrayna kəşfiyyatının kadr zabiti və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin polkovniki olduğunu iddia edir. FTX-nin məlumatına görə, Moskvada R. Suşenko Rusiya ordusu və Milli Qvardiya qoşunlarının fəaliyyəti ilə bağıı gizli məlumatlar toplayıb: “Əgər məlumatlar sızardısa, bu, ölkənin müdafiə qabiliyyətinə zərər vura bilərdi”. Ukrayna tərəfi isə baş verənləri Rusiyanın təxribatı adlandırıb. “Ukrinform”dan bildiriblər ki, əməkdaşları Moskvda tətil zamanı şəxsi işlərinə görə olub.