Prezident sarayını partlatmaq istədilər

İndoneziya polisinin xüsusi təyinatlıları Cakarta şəhəri ətrafındakı Bekasinin şərqində prezident sarayını partlatmağa hazırlaşan 3 şübhəli terrorçunu saxlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda paytaxt polisinin rəsmi nümayəndəsi Paden Prabovo Arqo Yuvono məlumat verib. “Onlar bazar günü prezident mühafizəsinin növbə dəyişikliyi mərasimi zamanı prezident sarayını bomba ilə partlatmağı planlaşdırıblar”, - o, deyib. İndoneziya prezidentinin rezidensiyası cammat üçün açıqdır, ayın hər ikinci bazar günü qaravul növbəsi dəyişikliyini görə bilirlər. Polisin sözlərinə görə, həbs olunanlar 3 kiloqram gücündə TATR bombası hazırlayıblar. Əgər bomba partlasaydı, 300 metrlik ərazidə hər şey dağıla bilərdi. Milli polsin rəsmi nümayəndəsi Avi Setiyoni qeyd edib ki, həbs olunanlar İraq-Şam İslam Dövləti ilə bağlı olublar.

DİGƏR XƏBƏRLƏR

Top