İstanbulda terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb

İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində ölənlərin sayı 38-ə yüksəlib. "Yeniavaz.com" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mediaya açıqlamasında bildirib. Soylu, açıqlamasında terror nəticəsində 38 nəfərin öldüyünü, 136 nəfərin isə yaralandığını bildirib. Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında iki partlayış törədilib.

DİGƏR XƏBƏRLƏR

Top