İstanbuldakı partlayışı törədən terror təşkilatının adı açıqlanıb

İstanbulda törədilən partlayışı PKK terror təşkilatının törətdiyi ehtimal edilir. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu baş nazirin müavini Numan Kurtulmuş "CNN Türk" televiziyasına açıqlamasında bildirib. Kurtulmuş, partlayışda 300-400 kiloqram partlayıcı maddədən istifadə olunduğunu söyləyib.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top