Türkiyədə konstitusiya dəyişikliklərinin təfərrüatları məlum oldu SİYAHI

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) razılığa gəldiyi konstitusiya dəyişikliyi bu gün ölkə parlamentinə təqdim ediləcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP və MHP arasında bütün maddələr üzrə razılaşma əldə edilib. AKP konstitusiya çalışmalarını tamamlayıb və təklifin son halını MHP-yə təqdim edib. Təklifin bəzi detalları üzə çıxıb. Təklifdə aşağıdakılar yer alır:

  • Hakimlər və Prokurorlar Ali Şurasının strukturu dəyişir

  • Hərbi məhkəmə aradan qaldırılır

  • Yerli seçkilər 2019-cu ilin martında keçiriləcək

  • Konstitusiya məhkəməsinin üzv sayı 15-ə endirilir

  • Prezident və ümumi seçkilər 2019-cu ilin noyabrında keçiriləcək

  • Hakimlər və Prokurorlar Ali Qurumunun üzvlərinin yarısını prezident, yarısını da da parlament seçəcək

  • Jandarma Baş Komandanlığı Milli Təhlükəsizlik Şurasından çıxarılır

  • İcranın başında prezident olacaq

  • Prezidentin siyasi partiya ilə əlaqəsini kəsməsi maddəsi ləğv edilir

  • Prezidentə cəza məsuliyyəti gətirilir. Prezidentin Ali Divana sövq edilməsi üçün 3 mərhələli proses olmalıdır

  • Millət vəkillərinin sayı 550-dən 600-dək artırlması nəzərdə tutulur

  • Prezident deputatlarının 301-nin imzası ilə istintaqa cəlb edilə, 360 səslə komissiya qurula, 400 səslə isə prezident Ali Divana sövq edilə bilər

  • Ehtiyat millət vəkilliyi və seçilmə yaşının 18-ə endirilməsi də nəzərdə tutulur

DİGƏR XƏBƏRLƏR

Top