.jpg)
Almaniya ölkəyə miqrant adı altında terrorçu axını təhlükəsini nəzərə alaraq sərhəd nəzarətini möhkəmləndirməkdə davam edəcək. Bununla əlaqədar "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən bildirir ki, hökumət ölkə sərhədlərində giriş-çıxışı nəzarətdə saxlamaqda davam edəcək. Qeyd edək ki, Avropa Birliyinə üzv ölkələrin vətəndaşları Şengen zonası çərçivəsində sərbəst gediş-gəlişə malikdirlər. Lakin ölkəyə qaçqın axınının davam etməsini nəzərə alaraq Almaniya 2015-ci ildən Şengen zonasına daxil olan bəzi ölkələr, o cümlədən Avstriya ilə sərhəddə gediş-gəlişə nəzarəti bərpa etdi. O vaxt Almaniya Daxili işlər naziri Tomas Mezyer bu addımı müvəqqəti hal kimi dəyərləndirmişdi. Amma ölkəyə miqrant axını təhlükəsinin qalması Almaniyanı sərhədə nəzarəti daha da gücləndirməyə vadar edib. Mezyer miqrant axını təhlükəsinin qarşısını almaq üçün çıxış yolunu ölkədə müvəqqəti sığınacaq tapanların deportasiya edilməsində görür. Onun sözlərinə görə qısa müddətdə sığınacaq verilməsi məsləhət görülməmiş 100 min nəfər miqrant ölkədən çıxarılmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz