Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb

Bu ilin ilk 8 ayı - yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədən 428 ədəd mənzil satın alıblar. "Yeniavaz.az" Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu ilin yanvar-avqust aylarında əcnəbi ölkə vətəndaşları Türkiyədən ümumilikdə 12 min 57 ədəd mənzil alıblar. Əcnəbil ölkə vətəndaşlarının Türkiyədən satın aldığı mənzillərin 3,5% azərbaycanlıların payına düşüb. Məlumat üçün onu da bildirək ki, Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı mənzillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 84 ədəd və ya 16% azalıb. Ümumilikdə Türkiyədə əcnəbilərə satılan mənzillərin sayında da ciddi azalma olub. Qeyd etdiyimiz kimi bu ilin ilk 8 ayında əcnəbilərə 12 min 57 mənzil satılıbsa, ötən ilin eyni dövründə bu rəqəm 14 min 533 ədəd olub. Göründüyü kimi əcnəbilərə satılan mənzillərin sayı son bir ildə 17% aşağı düşüb.

Qeyd edək ki, Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan və İngiltərə vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin yanvar-avqust aylarında İraq vətəndaşları Türkiyədən 2 min 20, Səudiyyə Ərəbistanı vətəndaşları 1147, Küveyt vətəndaşları 1159, Rusiya vətəndaşları 802, Əfqanıstan vətəndaşları 868, İngiltərə vətəndaşları 537 mənzil satın alıblar.

A.C.

DİGƏR XƏBƏRLƏR

Top