“Manat tam buraxılsa, SÜRƏTLƏ UCUZLAŞACAQ” - Üzən məzənnə şərhi

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın tam üzən məzənnə rejiminə keçidə hazırlaşmasıyla bağlı xəbərləri şərh edib.

Ekspert BakiPost.az-a açıqlamasında deyib ki, indi verilmiş qərar Azərbaycan reallığında bir anlama gəlir ki, 2017-ci ildə manatın dəyərdən düşməsi prosesi daha da sürətlənə bilər.

"Əslində dünənə qədər də Mərkəzi Bank israrla deyirdi ki, son devalvasiyalardan sonra Azərbaycanda üzən məzənnə rejimə keçib. Növbəti dəfə bu məsələnin gündəmə gəlməsi sadəcə onu deməyə əsas verir ki, manatın dəyərindən düşməsi prosesi sürətlənə bilər. Çünki Azərbaycanda üzən məzənnəyə keçid üçün alt yapı və institutlar olmalıdır. Bu da valyuta birjasıdır, valyuta birjasına valyuta çıxarıb sata biləcək və yaxud da valyuta ala biləcək ciddi oyunçuların olmasıdır. Təəssüf ki, Azərbaycanda valyuta bazarında cəmi iki oyunçu var: biri Mərkəzi Bank, digərin isə Neft Fondu. Üzən məzənnəyə keçmək üçün oyunçuların sayı onlarla, hətta yüzlərlə olmalıdır. Belə olanda prosesi rahat şəkildə aparmaq mümkün olacaq”, - deyə iqtisadçı bildirib.

Natiq Cəfərli qeyd edib ki, üzən məzənnəyə keçid Azərbaycanda müsbət effekt verəməyəcək: "Əgər alt yapı, bazarda dollar sata biləcək ciddi oyunçular, çoxlu sayda şirkətlər yoxdursa, valyuta birjası fəaliyyət gösətərmirsə üzən məzənnə rejiminə keçmək manatın daha çox ucuzlaşmasına səbəb olacaq. Üzən məzənnə rejiminə keçidin tərcüməsi manatın daha çox dəyərdən düşməsi deməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top