Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə edib?

"Rusiya Respublikaçıların namizədi Donald Trampın qələbə qazanması üçün mübarizə aparıb". "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ABŞ-ın "Washington Post" qəzetinin bugünkü sayında qeyd olunub. Qəzet yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin adı açıqlanmayan bir əməkdaşının sözlərinə görə, Hillari Klinton və onun köməkçisinin elektron məktublarını "Wikileaks"ə ötürən rus hakerləri olub. İddialara görə, Rusiyanın haker hücumu Prezident seçkilərinin yekun nəticəsinə təsir edib.

Donald Tramp və onun komandası isə deyilənləri rədd ediblər. Bu barədə partiyadan açıqlama da verilib. Açıqlamada ittihamları səsləndirənlər barəsində "Bunlar Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olduğu yalanını deyən insanlardır", fikri qeyd olunub.

Barak Obama isə məsələ ilə bağlı təhqiqat aparılması üçün göstəriş verib. Obama yanvar ayının 20-sinə kimi araşdırmanın nəticəsini görmək istədiyini bildirib. Qeyd edək ki, Obamanın prezidentlik müddəti 2017-ci ilin yanvar ayının 20-si bitir.

Onu qeyd edək ki, "Wikileaks"in qurucusu Culian Assanc Hillari Klintona aid elektron məktubların onlara Moskva tərəfindən ötürülmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top