Azərbaycanda yeni qurumlar yaradılacaq

Azərbaycanda dövlət tərəfindən tuizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək.

Yeniavaz.com xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət eyni zamanda, qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top