
ABŞ-da yaş ortalaması kişilərdə 76.3, qadınlarda isə 81.2 olaraq açıqlanıb. "Yeniavaz.com" Türkiyə mətbutına istinadən xəbər verir ki, Beynəlxalq Səhiyyə Statistika Mərkəzinin məlumatına görə, ABŞ-da 2014-cü ildə kişilərin ortalama yaşı 76.5, 2015-də 76.3 olmuşdu. Qadınlarda isə 2014-cü ildə 81.3, 2015-də isə 81.2 olub. ABŞ-da qadın və kişilərdə ortalama yaş həddi keçən illə müqayisədə 0.1% geriləyərək 78.8 yaş olub. Ümumiyyətlə 2015-ci ildəki ölüm sənədləri incələnərək ortalama yaş hesablanıb. Ölüm səbəblərinin ən çoxu bunlardır: ürək xəstəlikləri, xroniki ağ ciyər xəstəliyi, qəza nəticəsində yaralanma, iflic, alzeymer, diyabet, böyrək xəstəliyi və intihar. ABŞ-dakı bu ölüm səbəbləri son illərdə 3 dəfə artıb. Bundan əlavə qəza nəticəsində ölənlərində sayı əvvəlki illərlə müqayisədə artıb. Qeyd edək ki, ABŞ-da sonuncu dəfə 1993-cü ildə və ondan əvvəl 1980-ci ildə ağır qrip səbəbilə ortalama yaş həddi aşağı düşmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz