Ulduzları heyrətə salan türklər - FOTOLAR

1. Əfsanəvi hakim Kollina, "Ali Sami Yen" stadionu haqda belə deyirdi: "Bu cəhənnəmi çox sevirəm".

2. "Qalatasaray" - "Yuventus" matçından sonra Edqar Davids: "Bizim belə azarkeşimiz olsaydı, heç bir klub qarşımızda dayana bilməzdi".

3. "Qalatasaray" - "Deportivo" oyunundan sonra ispaniyalı baş məşqçi Xavier İrureta: "Bizim azarkeşlərimiz heç vaxt "Qalatasaray" azarkeşləri kimi ola bilməz. Heç bir klub belə azarkeş önündə oynamaq istəməz".

4. Qonaq olduğu televiziya verilişində danışan Eto: "Fənərbaxça"ya qarşı oynadıq, meydançada 35 min azarkeş var idi, amma mənə 300-400 min kimi gəlirdi".

5. "Beşiktaş" - "Mançester Yunayted" qarşılaşmasından sonra rəqib qapıçı Ben Foster: "İnönü Stadionundakı atmosfer mənə çox təsir elədi. Adamı kar edirdi. Hətta ikinci hissədə elə anlar olduki öz hislərimi eşidə bilmirdim. Azarkeşlərin səsini ancaq belə təsvir edərdim".

6. Maldini "Ali Sami Yen"dəki oyun haqda: "Heç kim məni o meydançada 25 min azarkeş olduğuna inandıra bilməz".

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top