Səbaildə püstə bağı salınır

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə vaxtı ılə Azərbaycanda, o cümlədən Abşeron yarımadasında çox geniş yayılmışdı. Bu ağacın əsl vətənlərindən biri də məhz Abşeron hesab edilir. Yarımada püstə ağacının normal inkişaf edib, bol məhsul verməsi üçün çox əlverişli şəraitə malikdir. Təəssüflər olsun ki, bir zamanlar Bakının bir çox qəsəbə və kəndlərində məhsuldar və faydalı bitki kimi istifadə edilən bu qiymətli bitkiyə hazırda Abşeronda nadir halda təsadüf olunur.

Qədim ənənələri bərpa edərək püstəni öz qədim vətənində əkilməsini genişləndirmək, həmçinin yerli iqlimə uyğunluğunu nəzərə alaraq ərazinin yaşıllaşdırılmasında istifadə etmək məqsədi ilə ilk dəfə olaraq Səbail rayonu "Şıx" yamacında salınan və hazırda ümumi sahəsi 29 hektara çatan "Ekoloji park"ın ərazisində ilkin olaraq 1 hektar sahədə Səbail Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə püstə bağı salınması qərara alınıb. Bu barədə saytımıza məlumat verən Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovun sözlərinə görə, yamacda təcrübə qaydasında xaricdən gətirilən tinglər əkilərək onlara daimi qulluq göstərilməsi və damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib. Ağacların inkişaf prossesı normal olduqdan sonra isə bu ərazıdə yaradılan ilk püstə bağının ərazisi daha da genişləndiriləcək: "Ölkə başçısı cənab İlham Əliyevin Bibiheybət qəsəbəsinin "Şıx" yamacında və eləcə də Badamdar qəsəbəsində yaşıllıqların salınması ilə bağlı verdiyi tapşırıqlara əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə burada yerli iqlimə və bu ərazinin relyefinə daha çox uyğun olan zeytun ağaclarının əkilərək böyük bir bağın salınması prossesinə də başlanılıb. Rayon İcra Hakimiyyəti tərəfindən ağacların əkilməsi və onlara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə yalnız bu ərazidə 12 mindən çox zeytun ağacının əkilməsi planlaşdırılıb".

DİGƏR XƏBƏRLƏR

Top