Deputatdan nazirliklərə İTTİHAM: “…yalan danışmayın!”

“Bəzən hökumət qurumları belə bir fikir səsələndirir ki, “iş yerləri var, amma işləmək istəyən yoxdur”. Təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır”.

Bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, ona görə də aidiyyatı dövlət qurumlarının iş yerlərinin olması və işləmək istəmirlər barədə deyilən fikirlərir həqiqətə uyğun deyil:

“Demək ki, “iş yeri var, amma işləmək istəmirlər” ifadəsi düz deyil. Axı bu maaşa dolanmaq olmaz. Ona görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar. İş yerləri bağlananda nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olurlar. Bizə bu barədə şikayət ərizləri daxil olur. Biz isə müvafiq qurumlara bununla bağlı müraciət edəndə deyirlər ki, gələcəkdə bunu nəzərə alacağıq”.


Deputat deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriylyi bu məsələ ilə bağlı müəyyən araşdırma aparıb, iş yerləri və oradakı maaşla bağlı hökumətə təklif verə bilər. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top