Putinin siyasəti buraxacağı barədə xəbər çıxıb

Rusiya Dövlət Başçısı Putinin Çelyabinsk şəhərində bir fabrikə səfəri zamanı dediyi sözlər onun təqaüdə çıxmağı düşündüyü kimi şərh olunub. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin, səfər zamanı “Kariyeramı müvəffəqiyyətlə tamamlamaq istəyirəm”, - deyib. Səyahət etməyi çox sevdiyini deyən Putin, ötən günlərdə Peruya etdiyi səfəri xatırlayaraq xarici ölkələri ziyarət etmək istədiyini bildirib.

1999-2000-ci illər arasında baş nazirlik, 2000-2008-ci illər arasında prezident, 2008-2012-ci illər arasında isə yenidən baş nazirlik vəzifəsini icra edən Putin, 2012-ci il May ayının 7-dən bəri Rusiya Dövlət Başçılığı vəzifəsini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top