Məktəblərdə talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilib

Ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirilən tədbirlərdə məktəb həkimləri, rayon poliklinikalarının əməkdaşları və biologiya müəllimləri iştirak ediblər. Tədbirlər çərçivəsində məktəblərdə "Talassemiya və dünya" mövzusunda guşə və stendlər yaradılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, tədbirlərdə məktəblilərə xəstəliyin yaranma səbəbləri izah edilib, bu xəstəliyin profilaktikası və müalicəsi haqqında məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top