Suriyada 2 türk hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi “Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində Əl-Babda 2 türk hərbçi şəhid olub, biri isə ağır yaralanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə əsgərlərə qarşı edilən hücum nəticəsində baş verib. Səhər saatlarında baş verən hücum zamanı yaralanmış 3 hərbçi helikopterlərlə Türkiyənin Qaziantep vilayətindəki xəstəxanaya çatdırılıb. Burada müalicə olunan 3 əsgərdən ikisi şəhid olub. Bir əsgərin isə vəziyyəti ağır olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top