Trampa məktub: "Amerikalıların konstitusiya haqlarını qorumalısınız"

ABŞ-ın 300 dən çox tanınmış müsəlman icmasının rəhbərləri, yeni seçilmiş respublikaçı Donald Trampa ilk dəfə məktub yazıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsəlman icması Trampdan, müsəlmanlarla bağlı siyasətini yenidən düşünməsini istəyib.
ABŞ-ın ən önəmli müsəlmanların haqlarını müdafiə edən qurumlardan olan Amerikan-İslam Əlaqələri Şurasıda Trampa müraciət edənlər arasındadır. Seçki kampaniyasında müsəlmanlarla bağlı açıqlamasına görə, amerikalı müsəlman liderlərin göndərdiyi mətndə belə yazılıb: Müsəlmanları və onların konstitusion haqlarını hədəf alan təkliflərə görə narahatıq. Siz bütün amerikalıların konstitusiya haqlarını qorumalısınız".
Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top