Tramp: "Terrorla mübarizə aparan hər ölkə ABŞ-ın tərəfdaşı olacaq"

Başqa ölkələrdəki dağıdıcı müdaxilə siyasətinə son qoyaraq terrorla mübarizə aparacağıq. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib. O, qalib gəldiyi ştatları bir-bir gəzərək seçicilərinə təşəkkür edib. "Təşəkkür turu" çərçivəsində Şimali Karolina ştatındakı çıxışı zamanı müdafiə naziri namizədininin də adını açıqlayıb. Belə ki, Təqaüdçü general Ceyms Mattis yeni sistemin müdafiə naziri olaraq çalışacaq. Vəzifəsinə 2017-ci il yanvar ayının 20-si başlayacaq Tramp, başqa ölkələrdə gedən müharibələrə müdaxilə etməyəcəklərini bildirib. Onun sözlərinə görə, bundan sonra sırf terrorla mübarizə siyasəti yürüdəcəklər: "Haqqında heçnə bilmədiyimiz xarici rejimləri yıxma yarışına son verməliyik. IŞID-i məhv etməyə çalışmalıyıq. Bu siyasəti aparan hər ölkə ABŞ-ın tərəfdaşı olacaq. Köhnə dostluqlarımızı daha da gücləndirib, yeni dost ölkələr qazanmalıyıq. Tarixdən aldığımız dərslərdən nəticə çıxarmalıyıq. Bundan sonra xarici siyasətimizdəki xaosa son veriləcək".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top