"Qızıl top"u Ronaldo qazanıb?

İspaniyanın məşhur “Mundo Deportivo” nəşri maraqlı iddia ilə çıxış edib. Yeniavaz.com saytı Apasport.az-a istinadən xəbər verir ki, ispaniyalı həmkarlarımızın yazdığına görə, “Qızıl top” mükafatının qalibi artıq məlumdu.

Xəbərdə bildirilir ki, “France Football” nəşrinin sorğusuna əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo qalib olub. Bununla bağlı rəsmi tədbir dekabrın 12-də olacaq. Lakin Ronaldo artıq bu barədə məlumatlandırılıb. Hətta “France Football”un əməkdaşları dekabrın 8-də Madridə yollanaraq, futbolçudan müsahibə alacaq və onun şəkillərini çəkəcəklər.

Qeyd edək ki, ötən il “Qızıl top”u “Barselona”nın argentinalı hücumçusu Lionel Messi qazanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top