Putin Təhlükəsizlik Şurasını toplayır

Rusiya prezidenti Vladimir Putin sabah Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov söyləyib. Kremlin rəsmi təmsilçisi görüşdə əsas müzakirə mövzusunun Rusiyanın iqtisadi təhlükəsizliyi məsələsi olacağını bildirib.

Qeyd edək ki, neft qiymətlərinin ucuzlaşması, Rusiyaya qarşı Qərb sanksiyaları və ölkədən kapital axını ölkənin iqtisadiyyatına ağır zərbə vurub. Moskvanın Suriya və Ukrayna kampaniyaları Qərbdə bir çox siyasətçinin Rusiyanın təcrid edilməsi fikrini səsləndirməsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top