
Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr İranı özünün təhlükəsizliyini təmin edə biləcək addımlar atmağa məcbur etməkdədir. Bununla əlaqədar "Yenivaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, İran Kosmik Hava Gücləri Korpusunın komandanı general Əmir Əli Hacızadə bildirib ki, maliyyə çətinliklərinə baxmayaraq ballistik raketlərin istehsalını artırmaqda davam edəcəyik. Onun sözlərinə görə İran ballistik raketlərin istehsalının daha ucuz başa gəlməsinə nail ola bilib. Əmir Əli Hacızadə: "Ballistik raket istehsalını artırmağımıza səbəb ABŞ-dan gözlənilən təhlükədir. Bu təhlükənin qarşısını yalnız hərbi müdafiəmizi gücləndirməklə ala bilərik. Bizi istəməyən güclər bir daha dərk etməlidirlər ki, İran öz təhlükəsizliyini təmin etməyə qadir dövlətdir",-deyib.
Xatırladaq ki, son vaxtlar Qərbdə İranın ballistik raketləri mütəmadi olaraq sınaqdan keçirməsindən narahatlıq hiss edilməkdədir. Ancaq İran buna cavab olaraq bildirir k, ballistik raketlərin sınaqdan çıxarılması yalnız müdafiə xarakteri daşıyır və hər hansı ölkəyə qarşı çevrilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz