Bakıda “BMW” iki yerə bölündü: qəza

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nobel prospektində, “Günəş” petrolun yanında baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən “BMW X5” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı dəmir dirəyə çırpılıb.

Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb. Nəqliyyat vasitəsinin ön hissəsi dəmir dirəyin yanında, digər hissəsi isə 15-20 metr kənara düşüb.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü ağır xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top