Cənubi Koreya prezidenti istefya getməyə razılaşdı

Cənubi Koreya prezidenti Pak Kın Xe gələn ilin aprelində istefa verməyə razı olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o bu barədə hakim “Senuri” partiyasının rəhbərliyi ilə görüşdə deyib. Prezident 2017-ci ilin iyununda prezident seçkiləri təyin etməyə də razı olub. P. K. Xenin səlahiyyət müddəti 2018-ci ilin fevralında bitir. Ölkə prezidenti dövlət postu tutmayan rəfiqəsinə çıxışlarını redaktə etməyə verməsi məlum olduqdan sonra siyasi qalmaqal yaşandı. Müxalifət prezidentin impiçmenti tələbilə çıxış etdi.

DİGƏR XƏBƏRLƏR

Top