“Qiymətlərin artırılması məktəblərə də təsir göstərəcək” - BŞTİ-nin müdiri

“Bakı məktəblərində istiliklə bağlı problem yoxdur”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

M. Vəliyeva bildirib ki, bu məslə ilə bağlı ortaya çıxan xırda problemlər vaxtında aradan qaldırılır.

İdarə müdiri Azərbaycanda qaz, işıq və isti suyun tariflərində dəyişiklərin edilməsinin məktəblərin istilik təchizatına təsir edəcəyi barədə suallara cavab olaraq deyib ki, idarənin üzərinə düşən vəzifə məktəblər üçün lazımi şəraitin yaradılmasına xidmət etməkdir: “Qiymətlərin artırılması təbii ki, məktəblərə də təsir göstərəcək. Lakin bu, birbaşa bizə aid deyil. Güman edirəm ki, bu məsələdə müvafiq təşkilatlar öz öhdəliklərini nəzərə alaraq üzərilərinə düşəni yerinə yetirəcəklər. Yəqin ki, gələn ilin büdcəsində qiymət artımları nəzərə alınacaq”.

DİGƏR XƏBƏRLƏR

Top