Müsəlmanlar Myanmardan qaçırlar

Son iki ayda Myanmardan Banqladeşə təqribən 21 min rohinca (arakan) müsəlmanı qaçıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Sancukt Sahani deyib. Onun sözlərinə görə, rohinca müsəlmanları Myanmarda zorakılıq hərəkətlərindən ehtiyatlanaraq qaçıblar. Banqladeş hakimiyyəti sərhəddə nəzarəti gücləndiriblər ki, qaçqın axınının qarşısını ala bilsinlər. Myanmar bütün rohincaların vətəndaşlıq hüququnu rəsmi olaraq tanımır.

DİGƏR XƏBƏRLƏR

Top