“WikiLeaks” Ərdoğanın kürəkəninin şəxsi məktublarını dərc edib

“WikiLeaks” saytı Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın şəxsi poçt qutusundan olan məktubları dərc edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “WikiLeaks” 57,9 mij elektron məktubu yayımlayıb. Onların hamısı 2000-ci ilin aprelindən 2016-cı il sentyabrın 23-dək olan dövrü əhatə edir. Məktubların çoxu türkiyəli siyasətçilər, biznesmenlər və ailə üzvləri ilən olan yazışmaya aiddir. 2016-cı ilin iyulunda “WikiLeaks” Ədalət və İnkişaf Partiyasının elektron poçtundan məlumatların ilk hissəsini dərc etmişdi. Bundan sonra sayt Türkiyə ərazisində bloka alınmışdı. B. Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

DİGƏR XƏBƏRLƏR

Top