Belçika türk iş adamlarını öldürən terrorçuya 30 il həbs cəzası verdi

Belçika qiyabi mühakimə edilən DHKP-C (İnqilabi Xalq Azadlıq Partiyası – Cəbhəsi) terror təşkilatının üzvü Fəxriyə Ərdala Türkiyədə törətdiyi cinayətlərə görə 30 il həbs cəzası verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Belçikanın Brügge şəhərində keçirilən məhkəmə iclasında qaçıb gizlənmiş F. Ərdal iştirak etməyib. İclasda heç bir vəkil onun hüquqlarını müdafiə etməyib. Məhkəmə F. Ərdala Sabancı sui-qəsdində iştirakına görə 30 il həbs cəzası verib. Məhkəmə onun terror təşkilatına üzv olmağa görə verəcəyi qərarını yanvarın 2-də açıqlayacaq. Xatırladaq ki, 1996-cı il yanvarın 9-da DHKP-C terrorçular iş adamı Özdəmir Sabancı ilə “Toyotosa”nın baş direktoru Haluk Görgün və katibəsi Nilgün Hasefeni qətlə yetirmişdilər. Cinayətin F. Ərdal, İsmayıl Akkol vəMustafa Duyar tərəfindən törədildiyi müəyyən edilib. F. Ərdal Belçikaya qaçmağa müvəffəq olmuşdu. Saxta pasportla tutulan terrorçu Belçikada bir ilə yaxın həbsxanada qaldıqdan sonra ev həbsinə məhkum edildi. O, 2006-cı ilin martında ev həbsindən qaça bilib.

DİGƏR XƏBƏRLƏR

Top