Qazandıqları milyardların haqqını verənlər...

- 1999-cu ildə "Microsoft" kompaniyasının qurucusu Bill Qeyts ailəvi xeyriyyəçilik fondu (Bill & Melinda Gates Foundation) təsis edərək şirkətin 16 milyard dollar həcmində səhmlərini bu fonda bağışlayır.

- 54 milyard dollar varidatının olduğu bildirilən milyader Uorren Baffet 20 il ərzində xeyriyyə fondlarına 39 milyard dollar vəsait bağışlamağa söz verib. Artıq bu vəsaitin 17,25 milyard dollarını bağışlayıb. Milyarder 20 ildir eyni pul qabından istifadə edir.

- "İntel" kompaniyasının həmtəsisçisi Qordon Mur kompaniyanın 5 milyard dollar həcmində səhmini 2000-ci ildə "Qordon və Betti Mur" adlı ailəvi xeyriyyə fonduna verib.

- 67,8 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamların sırasında yer alan, Meksikalı milyarder Karlos Slim 12 yaşından bu günə qədər yediyi, içdiyi və aldığı paltarlar da daxil olmaqla bütün xərclərini bir kənara qeyd edir. Dünyanın ən zəngin insanı bildirib ki, birbaşa xeyriyyəçilik ilə məşğul olmaqdansa yeni iş yerlərinin açılmasını daha üstün tutur. Buna rəğmən o, 2006-ci ildə 2 milyard dollar və daha sonra 2010-cu ildə də eyni məbləüdə vəsaiti xeyriyyə məqsədi ilə bağışlayıb.

- 31 milyard dollar sərvəti olan Nyu-York şəhərinin meri Maykl Blumberq öz vəsaitlərini 850 fərqli xeyriyyə fonduna yatırıb. O, həmçinin məzunu olduğu, Con Hopkins Universitetinə 200 milyon vəsait bəxşiş edib. 2011-ci ildə o, 330 milyon dolları ətraf aləmin mühafizəsi ilə məşğul olan "Sierra Club" təşkilatına baxışlayıb.

- "Microsoft" şirkətinin həmtəsisçisi, 15 milyard dolLar sərvəti olan Pol Allen baş beynin öyrənilməsi ilə məşğul olan ayrıca bir institut təsis edib və bu müəssisəyə etdiyi yatırımların miqdarı 500 milyon dollardır. Özünün xeyriyyəçiliyə yönəlmiş ilk 100 milyon dollarını siçan beyninin genlərinin necə işlədiyini əks etdirən kompüter modelləri yaratmağa sərf etmişdir. Növbəti 100 milyon isə insan beyninin genləri ilə bağlı analoji model yaratmağa səf olunub.

Yeniavaz.com

 

DİGƏR XƏBƏRLƏR

Top