Türkiyənin "Qalatasaray" klubunun almaniyalı ulduzu Lukas Podolski şou-biznesə qatılır. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Podolskinin reklam videosunda oxuduğu "Şəhərini sev" adlı mahnı, son günlərdə musiqi kanallarında birinci siyahıdadır. Repçi Mo-Torres və Almaniyanın Köln şəhərinin rok qrupu "Cat Ballou"nun oxuduğu mahnı almaniyalı ulduzun Köln şəhərinə olan sevgisindən bəhs edir. Keçən həftən ekrana çıxan mahnı, iki günə siyahının əvvəlində özünə yer tapıb. Qeyd edək ki, mahnıdan əldə ediləcək gəlirin böyük hissəsi, "Lukas Podolski Vəqfi"nə veriləcək. Vəqfin işi gənclərə idman sahəsində dəstək olmaq və evsizlərə kömək etməkdir