“WhatsApp” bəzi telefonlarda işləməyəcək

“WhatsApp” messencer şəbəkəsi bəzi köhnə mobil telefonları və əməliyyat sistemlərini dəstəkləməyəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “WhatsApp” iPhone 3G və bəzi Android telefonlarda istifadə edilməyəcək. “WhatsApp” 2017-ci ilin iyun ayından etibarən BlackBerry OS, BlackBerry10, Nokia S40 və Nokia Symbian S60 modellərinə, eləcə də Android 2.1 və 2.2 əməliyyat sistemlərinə dəstək verməyəcək. Eyni aqibəti Windows Phone 7 əməliyyat sistemi ilə işləyən cihaz sahiblərini də gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top