.jpg)
Şəmkirdə avtomobil yanıb. "Yeniavaz.com" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 391-ci kilometrliyində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan1983-cü il təvəllüdlü Sadiq Rüstəmova məxsus “Mercedes” anidən alışıb. Hadisə yerinə Şəmkir rayon Yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov tez bir zamanda söndürülüb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
Vüqar Nəbiyev, Şəmkir
Tətbiqimizi yükləyə bilərsiniz