
Aralarında Türkiyə vətəndaşlarının da olduğu cinayət şəbəkəsi üzvləri Qanada saxta ABŞ səfirliyi açıblar və onu təqribən 10 il işlədiblər. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Katibliyinin yaydığı xəbərdə deyilir ki, yerli mütəşəkkil cinayət şəbəkəsilə birlikdə fəaliyyət göstərən bir qrup türk miqrasiya və cəza hüququ sahəsində qanalı vəkili də cəlb etməklə ağlasığmaz fırıldaqçılqla məşğul olub. Qananın paytaxtı Akrada yerləşən cinayət şəbəkəsi olduqları binanın qarşısına ABŞ bayrağı, içəridə isə president Barak Obamanın portreni asıblar. Saxta səfirlik həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri xidmət göstərib. Türkiyə vətəndaşları qanalı məmurlara rüşvət verərək insanları aldadıblar. ABŞ-a viza alacaqları ümidilə hər müraciət edəndən 6 min dollar alıblar. Fakt üzrə xeyli sayda şübhəli saxlanılıb. Cinayət şəbəkəsinin digər üzvlərini saxlamaq üçün istintaq davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz