Ən çox Şengen vizası alan ölkə

Rusiyalılar digər dövlətlərin vətəndaşları ilə müqayisədə daha çox Şengen vizası alırlar. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Xarici Hərəkətlər Xidmətinin məlumatında deyilir. Rusiya verilən Şengen vizalarının sayı üzrə dünyada birinci yeri tutur. Onların sayı ildə 3 milyonu ötür. Qeyd edilir ki, Rusiya vizanın imtina edilməsi üzrə ən aşağı səviyyələrindən biri olduğu ölkədir – təqribən 1,3 faiz. 2015-ci ildə Rusiyadan vizanın verilməsi üçün 3,4 milyon sorğu göndərilib. İkinci yerdə Çindir. Bu ölkədə 2,3 milyon sorğu qarşılığında 2,8 faiz imtina olub. Ukrayna (1,1 milyon sorğu və 3,4 faiz imtina) və Türkiyə (860 min sorğu və 3,9 faiz imtina) sonrakı yerləri tutur.

DİGƏR XƏBƏRLƏR

Top