Dizel avtomobilləri qadağan ediləcək

Afina, Mexiko, Madrid və Paris şəhərlərinin merləri 2025-ci ilədək dizellə işləyən avtomobil və yük maşınlarını qadağan edəcəkləri barədə razılığa gəliblər. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar bunun müqabilində alternativ nəqliyyat vasitələrini – elektromobillərin, hibridli və hidrogen avtomobillərin – istifadəsini təşviq edəcəklərinə dair söz veriblər. Bundan başqa, merlər vəd veriblər ki, şəhərlərdə gəzinti zonalarını və velosiped infrastrukturunu inkişaf etdirəcəklər. Son vaxtlar dizel avtomobilləri havanın keyfiyyətinə və insan səhhətinə vurduği zərərə görə tənqidə məruz qalırlar. Belə avtomobillər insanlarda ürək-damar sistemi xəstəliklərinə yol aça bilər.

DİGƏR XƏBƏRLƏR

Top