Türkiyənin mal bazarında dolları yandırırlar

Türkiyədə fermerlər dollar və avronun sürətlə bahalaşmasına kəskin etiraz edib. Anadolunun ən böyük heyvan bazarlarından olan "Aksaray Heyvan bazarın"da fermerlər Avropa və ABŞ-a reaksiya olaraq dollar və avronu yandırıb. Fermerlərin bu hərəkəti böyük səs-küyə səbəb olub. Dollar və avronun qiymətindəki artımdan zərər etdiklərini bildirən vətəndaşlar etirazlarını bu yolla göstərib. Qeyd edək ki, Türkiyədə dollar türk lirəsi qarşısında bu gün 3,5250 TRY/USD-yə yüksəlib. Bu göstərici ilə lirə rekord həddə dollar qarşısında ucuzlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top