Əfqanıstanda daha bir İŞİD lideri öldürüldü

Əfqanıstanın şərqindəki Nanqarxar vilayətində, terror qruplaşması İŞİD-lə bağlı əməliyyatda İŞİD liderlərindən biri öldürülüb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nanqarxarın Açin mahalında həyata keçirilən əməliyyat zamanı İŞİD üzvləri ilə qarşıdurma yaranıb. Qarşıdurmada təhlükəsizlik qüvvələri tərəfindən İŞİD-in Cahid adlı xarici işlər üzrə liderinin öldürüldüyü bildirilib. Xatırladaq ki, Nanqarxarın Kot mahalında təxminən 2 həftə əvvəl İŞİD-in bir komandiri öldürülmüşdü.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top