Liviya İŞİD üçün yeni döyüş meydanına çevrilə bilər

Liviyada son günlər vəziyyətin kəskinləşməsi adı çəkilən ölkənin ikinci Suriyaya çevrilməsi təhlükəsini yaradıb. Bununla əlaqədar "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Suriyanı tərk etməyə məcbur olan İŞİD-çilərin böyük hissəsi müxtəlif yollarla Liviyaya keçirlər. Məsələ ilə bağlı Avropa Polis Agentliyinin hazırladığı hesabatda qeyd edilir ki, son günlər Liviyada vəziyyətin nəzarətdən çıxması və hökumət gücləri ilə müxalifət tərəfdarları arasında şiddətli döyüşlərin getməsi də məhz İŞİD-çilərin adı çəkilən ölkəyə axını ilə əlaqədardır. Hesabatda hazırda Liviyadakı İŞİD-çilərin böyük hissəsinin Avropa ölkələrindən olanların olduğu da xüsusi vurğulanıb. Hesabatda daha sonra deyilir: "İŞİD-çilərin bu yaxınlarda Sirtadan çıxarılmasına baxmayaraq onların Liviyada nüfuzu kifayət qədər böyük olaraq qalmaqda davam edir. Onlar terror aktlarını həyata keçirmək üçün böyük həcmdə silaha malikdirlər. Suriyada məğlub olan İŞİD-çilərin müxtəlif yollarla Liviyaya keçdiyini nəzərə alsaq, onda yaxın gələcəkdə bu ölkə ikinci Suriyaya çevrilmək təhlükəsi ilə üzləşəcək".

DİGƏR XƏBƏRLƏR

Top