Gələn il əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

Gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə sərf olunacaq vəsaitin həcmi məlum olub. Yeniavaz.com-un APA-ya istinadən məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"ndə proqnozların tərtibi zamanı gələn il əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi nəzərə alınıb.


Nazir əlavə edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top