Araq və siqaret istehsalı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrünə nisbətən araq istehsalı 17,3% azalaraq 442,6 min dkl., üzüm şərabı istehsalı 5,4% azalaraq 627,2 min dkl., pivə istehsalı 26,7% azalaraq 2768,3 min dkl., tütün məmulatlarının (papiros və siqaretlər) istehsalı 9,9% azalaraq 1 milyard 315 milyon ədəd təşkil edib. "Yeniavaz.com" Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəyə istinadən bildirir ki, nəticədə, əvvəlki ilin eyni göstəriciləri ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə daxil olmuş vəsaitin həcmi istehsal olunan məhsullara aksizlər üzrə ümumilikdə 8,1% (34 milyon 682 min manat) azalaraq 391 milyon 764,6 min manat, o cümlədən etil (yeyinti) spirtinə aksizlər üzrə 11,1% (93,6 min manat) azalaraq 748,8 min manat, pivəyə aksizlər üzrə 35,1% (4 milyon 744,1 min manat) azalaraq 8 milyon 779,7 min manat, spirtli içkilərin bütün digər növlərinə aksizlər üzrə 37,5% (4 milyon 453,6 min manat) azalaraq 7 milyon 424,1 min manat, tütün məmulatlarına aksizlər üzrə 21,6% (1 milyon 29,5 min manat) azalaraq 3 milyon 735,9 min manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top