Ukraynanın təlimləri Rusiya ordusunu hərəkətə keçirdi

Rusiyanın Qara dəniz donanmasının gəmiləri Ukraynanın Krım yarımadasının sərhədlərində raket təlimləri keçirməsi səbəbilə dənizə çıxıb. “Yeniavaz.com”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərbi gəmilər yarımadanın qərbinə doğru mövqe tutublar. Rusiyanın hava hücumundan müdafiə bölümləri gücləndirilmiş xidmət rejiminə keçib. Gəmilərin yüksək hərbi hazırlıq vəziyyətinə gətirələcəyinə dair əmrin verilməsi də istisna edilmir. Qeyd edək ki, bu gün Ukrayna, Krım sərhədində raket atışları üzrə təlimlərin başladığını elan edib. Rəsmi Kiyev manervləri iki gün davam etdirmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top