Rusiyaya kim daha çox məhsul satır - Azərbaycan, yoxsa Ermənistan?

Ermənistan Rusiyaya Azərbaycanın bu ölkəyə satdığından daha çox məhsul satır. "Yeniavaz.com" Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinə istinadən bildirir ki, bu ilin ilk 3 rübü ərzində Ermənistan Rusiyaya 260,6 milyon dollar dəyərində məhsul ixrac edib. Komitənin məlumatına görə, Azərbaycanın eyni dövrdə Rusiyaya ixrac etdiyi məhsulun dəyəri Ermənistanla müqayisədə 3,6% və ya 9 milyon dollar az olub. Belə ki, bu ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 251,6 milyon dollar dəyərində məhsul göndərilib. Rusiyadan Azərbaycana gətirilən məhsulun dəyəri isə 4,3 dəfə çox olub - 1 milyard 95,5 milyon dollar. Nəticədə Rusiya ilə Azərbaycan arasındakı ticarət əlaqələrində 843,9 milyon dollarlıq mənfi saldo əmələ gəlib. Ermənistana Rusiya arasındakı ticarət əlaqələrində isə mənfi saldo Azərbaycanla müqayisədə təxminən 2 dəfə az olub - 415,4 milyon dollar. Bu isə o deməkdir ki, bu ilin ilk 9 ayı ərzində Rusiyadan Ermənistana 676 milyon dollar dəyərində məhsul göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top