OPEK neft hasilatını azaldır

OPEK üzvü olan ölkələr bu gün Vyanada keçirilən toplantıda nəhayət ki, neft hasilatının azaldılmasına dair fikir ayrılıqlarını aradan qaldıra biliblər. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılması barədə qərar qəbul ediblər. Buna paralel olaraq Rusiyanın da gündəlik neft hasilatını 200 min barrel azaldacağı gözlənilir. Əgər tərəflər bu razılığa əməl etsələr, onda yaxın günərdə neftin qiyməti dünya bazarlarında yenidən qalxmağa başlayacaq. Xatırladaq ki, neft hasilatının azaldılması barədə bu günə kimi OPEK üzvləri arasında razılığın əldə edilməməsinin səbəbkarları İran və Səudiyyə Ərəbistanı idi. İran neft hasilatını azaltmaq istəmirdi, Səudiyyə Ərəbistanı isə qarşı tərəf geri addım atmayacağı təqdirdə hasilatı əvvəlki səviyyədə saxlayacağını bildirirdi.

DİGƏR XƏBƏRLƏR

Top